Accessibility links

Tramp administrasiyasında mühüm vəzifələrə yeni təyinatlar edəcək


ABŞ prezidenti seçilmiş Donald Tramp və vitse-prezident seçilmiş Mayk Pens
ABŞ prezidenti seçilmiş Donald Tramp və vitse-prezident seçilmiş Mayk Pens

ABŞ prezidenti seçilmiş Donald Tramp yeni hökumətində yeni təyinatlar edəcəyini elan edib və namizədlərin "fövqəladə insanlar" olacağını deyib.

"Biz bir neçə razılıq əldə etmişik"-deyə Nyu Cersidə elitar qolf kurortundan Nyu Yorka qayıdan Tramp müxbirlərə bildirib.

ABŞ prezidenti seçilmiş Donald Tramp Nyu Cersi ştatının qubernatoru Kris Kristi
ABŞ prezidenti seçilmiş Donald Tramp Nyu Cersi ştatının qubernatoru Kris Kristi

Trampın bazar ertəsi görüşdüyü yeni kabinetinə mümkün üzvlər arasında onun respublikaçıların praymeriləri dövrü məğlub etdiyi Texas ştatının keçmiş qubernatoru Rik Perri və Oklahoma ştatının qubernatoru Meri Fallin də olub. Perrinin Energetika naziri, Fallinin isə Amerikanın çoxsaylı parkları və meşələrinə nəzarət edən daxili işlər naziri vəzifələrinə namizədlikləri nəzərdən keçirilir.

Tramp eyni zamanda, onun uzun müddət siyasi rəqibi olmuş Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriçlə də görüşüb.

Prezident seçilmiş Donald Tramp and Mitt Romni Trampın Nyu Cersidə Qolf klubunda görüşdən sonra
Prezident seçilmiş Donald Tramp and Mitt Romni Trampın Nyu Cersidə Qolf klubunda görüşdən sonra

Trampın kampaniyasının meneceri Kellian Konveyin sözlərinə görə, yeni seçilmiş prezidentlə görüşə gələn bütün mümkün namizədlərin yeni administrasiyada vəzifə tutacağı mütləq deyil. Lakin o deyib ki, "onların hamısı fikirlərini ifadə edən, təcrübələri ilə bölüşən və ölkənin gələcəyi ilə bağlı baxışlarını bildirən mühüm adamlardır."

Bazar günü Tramp prezident seçki kampaniyası dövrü ona fəal şəkildə dəstək verən iki siyasətçi-Nyu York şəhərinin keçmiş meri Rudi Culiani və Nyu Cersi ştatının qubernatoru Kris Kristi ilə görüşüb.

2001-ci ildə Nyu York və Vaşinqtonda terror hücumlarından sonra Amerikanın terrorizmə qarşı mübarizəsinin simvoluna çevrilmiş Culiani xarici siyasət sahəsində təcrübəsinin az olmasına baxmayaraq, dövlət katibi vəzifəsinə təyin olunmaq istəyir.

Prezident seçilmiş Donald Tramp Vaşinqtonun keçmiş təhsil şöbəsinin müdiri Mişell Ri və onun həyat yoldşı, keçmiş basketbolçu Kevin Consonu qolf klubunda görüşdən sonra
Prezident seçilmiş Donald Tramp Vaşinqtonun keçmiş təhsil şöbəsinin müdiri Mişell Ri və onun həyat yoldşı, keçmiş basketbolçu Kevin Consonu qolf klubunda görüşdən sonra

Vitse-prezident vəzifəsinə seçilən Mayk Pens Fox tele kanalına müsahibədə 2012-ci il prezident seçkilərində Respublikaçılar partiyasının nominasiyasını almış Mitt Romninin digər tanınmış amerikalı siasətçilərlə bərabər namizədliyinin dövlət katibi vəzifəsinə ciddi şəkildə nəzərdən keçirildiyini deyib.

Romni prezident seçki kampaniyası dövrü Trampın ən kəskin tənqidçilərindən biri idi. Mediada Trampın baş barmağını qaldıraraq görüşün yaxşı keçdiyinə işarə etdiyini göstərən foto yayılıb. Lakin hələlik yanvarın 20-də prezident Barak Obamanın vəzifəsindən getməsindən sonra hakimiyyətə gələcək Donald Trampın administrasiyasında hansı rol oynayacağı aydın deyil.

Tramp Twitter səhifəsində ABŞ hərbi dəniz donanmasının təqaüdə çıxmış 66 yaşlı generalı Ceyms Mattisin müdafiə naziri vəzifəsinə namizədliyini nəzərdən keçirdiyini yazıb.

Trampın Nyu Cercidə qolf kurortunda görüşdüyü potensial namizədlər arasında Vaşinqton şəhərinin təhsil şöbəsinin keçmiş rəhbəri Mişel Ri də olub.

XS
SM
MD
LG