Accessibility links

Donald Tramp 2016-cı il ABŞ prezidentliyi uğrunda mübarizənin qalibi elan edildi


Milyarder respublikaçı Donlad Tramp 2016-cı il ABŞ prezidentliyi uğrunda mübarizənin qalibi elan edildi.

Tramp Demokrat namizəd və sabiq dövlət katibi Hillari Klinton üzərində gözlənilməz qələbə çaldı.

Ağ Ev uğrunda mübarizədə dönüş nöqtəsi hesab edilən Viskonsin ştatında qalibiyyətinin təsdiqlənməsi ona lazım olan 270 səsdən çox səs qazandırdıqdan sonra bu gün səhər bütün əsas ABŞ xəbər agentlikləri 70 yaşlı Trampın növbəti prezident seçildiyini elan edib.

Hillari Klintondan məğlubiyyətini etiraf edən zəng qəbul etdikdən az sonra Tramp Nyu-York şəhərindəki hotelində sevinc hissi keçirən tərəfdarlarını salamlayıb. O, kampaniyasını ölkəni yenidən qurma və bərpa etmə hərəkatı adlandırıb.

“Mən ölkəmizi elə yaxşı tanıyıram ki, bizim ölkənin böyük potensialı var. Hər şey gözəl olacaq. Hər bir amerikalı öz potensialını həyata keçirmək imkanı əldə edəcək. Ölkəmizin unudulmuş kişi və qadınları artıq unudulmayacaq” deyə Tramp bildirib.

Tramp seçki gününə əksər seçki sorğularında Hilaridən ən azı 3-4 faiz az səslə başladı.

Qanunsuz mühacirlər, müsəlmanlar və qadınlara qarşı əxlaqsız ifadələr işlətməsinə görə bir çox müşahidəçi Trampın məğlub olacağını proqnozlaşdırırdı.

Buna baxmayaraq ucqar rayonlardan ağdərili seçicilərin köməyi ilə əsas ştatlar hesab edilən Ohayo, Şimali Karolina və Floridada Trampın təəccüb doğuran erkən qələbəsi seçkilərin müqəddəratını müəyyənləşdirdi.

Seçkilərin nəticələri daha da aydın olduqca Hillari Klintonun Ağ Evdəki bir qrup tərəfdarə baş verənləri şok içində qarşılayırdı.

“Mən çox məyus olmuşam. Mən sözsüz qərarla razı deyiləm amma düşünürəm ki, bütün seçkilər kimi bir araya gələrək irəli gedək və millətimiz üçün yaxşısını edək” deyə Cennifer Pakiko adlı Tramp əlehdarı bildirib.

İnvestorlar da Trampa səslər artdıqca şok keçiriblər. Qlobal bazarlar, ABŞ maliyyə bazarının gələcəyi qeyrimüəyyənlik yaşayır.

Trampın ABŞ senator, dövlət katibi və birinci xanımı qismində geniş karyeraya malik olan Klinton üzərində qələbəsi bir çox müşahidəçiləri təəccübləndirib.

XS
SM
MD
LG