Accessibility links

Tramp-Lavrov görüşü-Suriya ilə bağlı ümidlər artsa da, fikir ayrılıqları qalır


Tramp-Lavrov görüşü
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Tramp-Lavrov görüşü

Suriya ABŞ prezidenti Donald Trampın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı əsas diqqət mərkəzində olub. Tramp-Lavrov görüşündə Ukraynada vəziyyət və başqa məsələlərin də müzakirəsi yer alıb. Lavrov Vaşinqtona səfəri zamanı ABŞ dövlət katibi Reks Tillersonla da görüşüb.

Keçmiş dövlət katibi Henri Kissincerlə Ağ Evdə söhbət zamanı Tramp Lavrovla danışıqların müsbət atmosferdə keçdiyini qeyd edib.

ABŞ prezidenti Donald Tramp: “Lavrovla çox yaxşı görüşüm oldu. Fikrimcə, bu, çox yaxşı görüş idi.”

Tramp-Lavrov görüşü onun 2016-cı il prezident seçki kampaniyasının Moskva ilə əlaqələrini araşdıran Federal Təhqiqatlar Bürosu-FBI agentliyinin direktorunun vəzifədən kənarlaşdırılmasından bir gün sonra keçirilib. Tramp ABŞ-Rusiya dialoqunun Suriya münaqişəsinin həllində inkişafa ümid verdiyini deyib.

ABŞ prezidenti Donald Tramp: “Fikrimcə, Suriya məsələsində işləri yaxşı həll edəcəyik. Məncə, nələrsə başlayıb, işlər gedir və onlar həqiqətən də müsbətdir. Biz qətllər və ölümlərə son qoyacağıq.”

Tramp danışıqların detalları ilə bağlı açıqlama verməyib, lakin Lavrov müzakirələri ümidverici kimi qiymətləndirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov: “Biz təhlükəsizlik zonalarının yaradılmasına dair irəliyə sürülmüş fikirlər kontekstində Suriya ilə bağlı detallı müzakirə aparmışıq. Bu, humanitar problemlərin həllinə yardım edəcək bir addım olacaq.”

Ağ Evin açıqladığı bəyanatda prezidentin Rusiyanın Suriyada və Ukraynada münaqişələrin həlli üçün daha artıq iş görməli olduğunu vurğuladığı bildirilir.

Lakin danışıqların müsbət tonu Moskva və Vaşinqton arasında münasibətlərdə mövcud gərginlikləri gizlədə bilməz. Bunu Brukinqs institutunda Rusiya üzrə ekspert Stiven Payfer deyir.

“Suriya ilə bağlı hələ də əsas fikir ayrılıqları qalmaqdadır: Ağ Ev bildirib ki, prezident cənab Lavrovdan Suriyada Əsədi cilovlamaq, eləcə də İran və İranın vasitəçilərini cilovlamasını istəyib. Mənim ehtimalıma görə, bu, rusların etmək istədiyi iş deyil. Ona görə də münasibətlərin yaxşılaşdırılması yollarının tapılması kimi bir istək var, amma burada Ukraynada vəziyyəti kimi olduqca böyük maneələr də var.”

Lavrov keçirdiyi mətbuat konfransı zamanı Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxilə etməsi fikrini məsxərəyə qoyaraq, bu kimi məlumatları Amerika xalqı üçün alçaldığı olan “saxta xəbərlər” adlandırıb.

Sergey Lavrov: “Mən inanıram ki, siyasətçilər Amerikaya kiminsə xaricdən nəzarət etdiyini iddia edərək, ABŞ-ın siyasi sisteminə zərər vururlar.”

Lavrov prezident Trampla görüşdən öncə Vaşinqtona səfəri zamanı ABŞ dövlət katibi Reks Tillersonla görüş keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG