Accessibility links

Donald Tramp prezident seçildikdən sonra ilk mətbuat konfransını keçirib


ABŞ prezidenti seçilmiş Donald Tramp Rusiyanın Amerika seçkilərinə müdaxilə etdiyini etiraf edib. Tramp noyabrın 8-də prezident seçildikdən sonra Nyu Yorkda ilk mətbuat konfransını keçirib.

O deyib ki, Putinin onun namizədliyini dəstəklədiyi halda belə, o, gələn həftə hakimiyyətə gəldikdə dünya səhnəsində Rusiya lideri ilə əlaqələrdə demokrat Hillari Klintondan daha sərt mövqe tutacaq.

Siz səmimi olaraq Hillari Klintonun məndən daha sərt mövqe tuta biləcəyinə inanırsınızmı? Bu qədər də olmaz.

“Siz səmimi olaraq Hillari Klintonun məndən daha sərt mövqe tuta biləcəyinə inanırsınızmı? Bu qədər də olmaz,” deyə o bildirib.

Tramp Rusiya ilə hər hansı maliyyə marağının olduğunu rədd edərək deyib: “Mənim Rusiya ilə sövdələşmələrim yoxdur, heç bir sövdə olmayacaq, Rusiya ilə heç bir kredit yoxdur.”

Amerika kəşfiyyatının Putinin kompyuter hakerinə göstəriş verdiyinə dair çıxardığı nəticə ilə bağlı sualın cavabında Tramp deyib ki, “o bunu etməməli idi”.

Donald Tramp Rusiyanın onu etibardan salmaq üçün kompromat topladığı və onun kampaniya rəsmilərinin Rusiya kəşfiyyatı ilə əlaqəsi olduğuna dair məlumatların yayılmasını qınayıb.

250 jurnalistin iştirakı ilə keçən mətbuat konfransı zamanı Tramp yanvarın 20-də ABŞ prezidenti kimi vəzifəsinin icrasına başladıqda onun qlobal biznes maraqlarının iki oğlu - Donald Jr. & Eric və "Trump Organization" şirkətinin icraçılarından biri tərəfindən idarə olunacağını elan edib.

Donald Tramp maraq konflktindən yayınmaq üçün şirkətin idarəçiliyindən özünün necə təcrid edəcəyi haqda planları açıqlayıb.

Donald Tramp maraq konflktindən yayınmaq üçün şirkətin idarəçiliyindən özünün necə təcrid edəcəyi haqda planları açıqlayıb.

Donald Tramp sonuncu dəfə jurnalistlərlə iyulun 27-də keçirdiyi mətbuat konfransında demokrat namizəd Hillari Klintonu aylarla mətbuatın suallarına cavab vermədiyinə görə kəskin tənqid etmişdi.

ABŞ-ın müasir prezidentlərinin çoxu Ağ Ev uğrunda mübarizədə qələbə əldə etdikdən az müddət sonra mətbuat konfransı keçiriblər. Noyabrın 8-i seçkilərdən sonra Tvitter səhifəsində 1600-dan çox mesaj yazması və qısa açıqlamalar verməsinə baxmayaraq, mətbuatın suallarını cavablandırmayıb.

Tramp ilkin olaraq mətbuat konfransını dekabrın ortalarında keçirməyi planlaşdırırdı, lakin özünü biznes maraqlarından ayırmaq planları konfransın yubadılmasına səbəb olub.

XS
SM
MD
LG