Accessibility links

Tramp və Netanyahu arasında telefon söhbəti olub [Yenilənib]


İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında bazar günü telefon söhbəti olub. Bu, Trampın inaqurasiyasından sonra iki lider arasında ilk telefon söhbətidir.

Tramp telefon söhbətinin "olduqca gözəl" keçdiyni deyib. Lakin o, Birləşmiş Ştatların səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsinin mümkünlüyü məsələsini qeyd etməyib.

Telefon söhbətindən öncə Ağ Ev bildirib ki, hazırkı məqamda belə bir addımın müzakirə edilməsi hələ olduqca tezdir. Donald Tramp əvvəlki çıxışlarında buna meylli olduğunu bildirmişdi.

Baş nazir Netanyahu bu gün daha öncə Qüdsdə Nazirlər kabinetinin iclasının açılışında ölkənin ən mühüm müttəfiqi olan Birləşmiş Ştatlar və onun yeni prezident Donald Trampa üz tutaraq deyib.

"Biz Donald Trampı hakimiyyət dönəminin başlaması münasibətilə təbrik edirik. Mən onun İsrailə münasibətdə dərin dostluq hisslərinə, eləcə də radikal islam terrorizminə qarşı bütün qüvvəsi ilə mübarizə etmək istədiyini elan etməsinə yüksək qiymət verirəm."

Mən onun İsrailə münasibətdə dərin dostluq hisslərinə, eləcə də radikal islam terrorizminə qarşı bütün qüvvəsi ilə mübarizə etmək istədiyini elan etməsinə yüksək qiymət verirəm.
Benyamin Netanyahu

İsrail lideri militant islamı həm yəhudi dövləti, həm də Qərb üçün təhlükə hesab edir. Lakin Obama bu ifadənin işlədilməsindən imtina edərək, onun azadlığa qanuni cəhd hesab etdiyi Fələstin məsələsindən ayrılmasının tərəfdarı idi.

"Radikal islam terrorizmi" Obama və İsrail lideri arasında fikir ayrılıqlarına səbəb olan çox sayda məsələlərdən biri idi.

Fikir ayrılıqlarına səbəb olan daha bir məsələ Birləşmiş Ştatlar və dünya qüdrətlərinin İranla imzaladığı nüvə sazişi ilə əlaqədardır. Netanyahu nüvə razılaşmasını fəlakətli səhv adlandıraraq, onun İsrailin təhlükəsizliyinə hədə törətdiyini deyib. Onun bildirdiyinə görə, İran yeni administrasiya ilə müzakirələrdə əsas məsələlərdən biri olacaq.

Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələri
Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələri

Netanyahu İsrail-Fələsin münaqişəsi, Suriyada vəziyyət və İran tərəfindən nüvə təhlükəsinin əsas diqqət mərkəzində olmalı olduğunu deyib.

İsrailin baş naziri bunları İsrailin Fələstinlilərin gələcək dövlətin paytaxtı kimi görmək istədiyi Şərqi Qüdsdə yəhudi yaşayış məntəqəsində yeni 566 mənzilin inşası layihəsini təsdiq etməsindən sonra bildirib.

Rəsmilər inşa layihəsinin Obama administrasiyası tərəfindən etirazlarla əlaqədar dayandırıldığını bildirib. İsrail Tramp administrasiyasının yaşayış məntəqələrinin inşasına daha müsbət yanacağına inanır.

Obama administrasiyası bunu sülhün əldə edilməsi qarşısında əsas maneələrdən biri hesab edirdi.

XS
SM
MD
LG