Accessibility links

Trampın kürəkəni İraqda səfərdədir


Ağ Evdən verilən məlumata görə, prezident Trampın kürəkəni və onun baş məsləhətçisi Cared Kuşner İraqda səfərdədir. Kuşner bu səfərə Baş Qərargahlar rəisi Cosef Danfordun dəvəti ilə gedib.

Səfərin təfərrüatları haqqında məlumat verilməsə də, İraqın İŞİD cihadçılarına qarşı mübarizənin əsas müzakirə mövzularından biri olacağı gözlənilir.

Kuşner dövlət idarəteməsi və ya diplomatik təcrübəyə malik olmamasına baxmayaraq, qısa zaman ərzində Vaşinqtonun ən nüfuzlu insanlarında biri ola bilib. O, Prezident Trampın qızı İvanka ilə evlidir.

İvanka Tramp və Cared Kuşner
İvanka Tramp və Cared Kuşner

Ağ Evdə işə başlamaqdan öncə, 36 yaşlı Kuşner daşınmaz əmlak sərmayədarı və qəzet sahibi olub. Onun icra etdiyi vəzifə həm daxili, həm də xarici siyasətin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.

Kuşner de fakto yüksək vəzifəli diplomat kimi fəaliyyət göstərir və qaynatasını Kanada, Meksika və Yaxın Şərq ilə münasibətlər haqqında məsləhətlər verir. Ona tapşırılan işlərdən biri İsrail və Fələstin arasında sülh planının hazırlanmasıdır.

O, həm də daxili siyasət müzakirələrinin fəal iştirakçısıdır. Özəl şirkətlərin təcrübələri əsasında federal hökümətin effektivliyinin artırılması ona verilən işlərdən biridir.

Kuşnerin İraqa səfəri Trampın tezliklə İŞİD-i məğlub etmək istəyi ilə izah edilə bilər. Seçki kampaniyası dövrü Tramp bu terrorist qrupunu tam məhv edəcəyinə söz vermişdi.

Müdafiə rəsmiləri İŞİD-in məhvi ilə bağlı yeni planı artıq Trampa təqdim ediblər. Həmin plan ictimaiyyətə açıqlanmasa da, daha intensiv hava hücumlarının nəzərdə tutulduğu ehtimal edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG