Accessibility links

Trampın təbliğat mərasimində dava düşüb [Video]


ABŞ-da prezidentliyə respublikaçı namizəd Donald Tramp dünən axşam Çikaqoda keçiriləcək kampaniya təşfiqat mərasimini təxirə salmalı olub. Buna səbəb isə minlərlə etirazçının kütləvi şəkildə məkana daxil olaraq Tramp tərəfdarları ilə insident yaratması olub.

Trampın gözlənilən nitqindən əvvəl çoxsaylı etirazçı Çikaqo şəhərindəki İllinoy Universitetinin arenasına daxil olub və bundan sonra Tramp tərəfdarları ilə əleydarları içərisində təhqir və nalayiq səslər olan şüarlar səsləndirməyə başlayıb.

Tramp bəyanat açıqlayaraq tədbirin təxirə salına biləcəyini deyib. O, hamını sakitləşməyə çağırıb və bildirib ki, heç kəsin xəsarət almasını istəmir.

Toplaşanlar arasında dava düşəndən sonra polis və təhlükəsizlik işçiləri fəaliyyətə keçərək qrupları aralamağa çalışıblar. Televeziya görüntüsündə qrupların yumruqlaşması və bir-birinə müxtəlif cisimlər atması görünür. Daha sonra polis onları dağıtmağa müvəffəq olub.

Polis bildirir ki, yaralanan və saxlanan olmayıb.

XS
SM
MD
LG