Accessibility links

Trampın terrora qarşı mübarizəsi [Video]


Donald Trampın seçki kampaniyası zamanı “radikal islamçı terrora” qarşı mübarizə aparmaq vədi artıq ABŞ-ın xarici siyasətinə çevrilir. ABŞ-ın növbəti prezidentinin bir nömrəli xarici siyasət prioriteti: terrorizmi məğlub edib, İslam Dövlətini məhv etməkdir.

Hər dəfə bir terror hücumu olanda, Tramp Tvitterdə kəskin mesajlar yazır.

Bizim yeni yanaşmamız radikal islamın yayılmasının qarşısı almaq olmalıdır. Amerikanın hər iki partiyası, xaricdəki müttəfiqlərimiz və Yaxın Şərqdəki dostlarımız da bunu dəstəkləməlidir.

Tramp “dini təhülkəyə” qarşı mübarizə aparmaq barədə hər zaman bu qədər mübariz deyildi, amma seçki kampaniyası zamanı bir sıra terror hücumları amerikalı seçiciləri narahat etməyə başladığı üçün o daha da mübariz olmağa başladı.

Terrora qarşı mübarizə aparmaq məqsədilə Tramp müsəlmanların ABŞ-a daxil olmalarına müvvəqəti qadağa tətbiq etmək, İŞİD-ə qarşı bobardman kampaniyasını artırımaq, Yaxın Şərq müttəqfiqləri ilə iş birliyi etmək və Rusiya, həta Suriya rejimi ilə yaxın əlaqələr qurmaq kimi bir sıra təkliflər irəli sürdü.

Avqust ayında etdiyi çıxışında isə Tramp terrora qarşı mübarizə strategiyasını vurğuladı.

“Bizim yeni yanaşmamız radikal islamın yayılmasının qarşısı almaq olmalıdır. Amerikanın hər iki partiyası, xaricdəki müttəfiqlərimiz və Yaxın Şərqdəki dostlarımız da bunu dəstəkləməlidir”, deyə o bildirdi.

Vaşinqtonda yerləşən İkipartiyalı Siyasət Mərkəzindən Bleiz Mistalın sözlərinə görə, ideologiyanın vurğulanması Trampın yanaşmasını prezident Obamanın yanaşmasından fərqləndirir.

“Fikrimcə, təhlükəni ideologiya ilə əlaqələndirməklə, prezident Tramp bu problemin həllini təkcə hücumların qarşısını almaqla deyil, həm də bu ideologiyanın yayılmasının və beləliklə radikallaşmanın da qarşısını almaqda görür,” Mistal deyir.

Obamanın terror və İslam arasında əlaqənin olduğunu rədd etməsinin tənqidçiləri Trampın bu məsələni diqqət mərkəzinə çıxarmasını alqışlayırlar. Amma onlar dünyanın 1,7 milyard müsəlman əhalisinin hamısını damğalamaqdan çəkinirlər. Mərkəzi Kəşfiyyat Agentiyinin (CIA) keçmiş direktoru Maykl Heyden ötən ay Ceymstaun Fondunda çıxış edib:

“Əslində bunun böyük hissəsinin İslamla əlaqəsi var. Amma onu da əlavə edim ki, bu problemin tamamı islamla və bütün müsəlmanlarla əlaqəli deyil.”

Fikrimcə, təhlükəni ideologiya ilə əlaqələndirməklə, prezident Tramp bu problemin həllini təkcə hücumların qarşısını almaqla deyil, həm də bu ideologiyanın yayılmasının və beləliklə radikallaşmanın da qarşısını almaqda görür.

Trampın məsləhətçiləri İslam və islamçı terror arasındakı fərqi anlayırlar, amma artan terror təhlükəsinin daha qüvvətli strategiyaya ehtiyacı olduğunu deyirlər. Ceyms Karafano mühafizəkar Heritage Fondunun xarici siyasət üzrə direktoru və Trampın keçid komandasında məsləhətçidir.

“Obyektiv baxımdan, hazırda qlobal terror prezident Obama hakimiyyətə gəlmədən öncəki dövrlə müqayisədə daha da pisləşib. Bəs onda nə üçün hər hansı bir şüurlu insan bizim terrora qarşı mübarizə strategiyamızın işləmədiyini bilə-bilə bu strategiyanın yanvarın 20-dən sonra da eyni olacağını düşünsün?”

Sabiq CIA direktoru Heyden isə deyir ki, fərqli olsa da, bir şey dəyişməyəcək, yəni ABŞ-ın terrora qarşı mübarizəni davam etdirəcək.

Show comments

XS
SM
MD
LG