Accessibility links

Donald Trampın vitse-prezident seçimi Maykl Pensdir


Ehtimali Respublikaçı namizəd Donald Tramp bir həftə davam edən spekulasiyalara son qoyaraq vitse prezident seçiminin İndiana qubernatoru Mayk Pens olduğunu elan edib.

Tramp seçimini cümə günü erkən saatlarda Twitter hesabında açıqlayıb. ”Mən prezidentliyə yolumda məmnuniyyət hissi ilə vitse prezident seçimimin qubernator Mayk Pens olduğunu elan edirəm,” mesajda deyilir. Tramp şənbə seçimi açıqlamaq üçün müşavirə keçirəcəyini əlavə edib. Lakin sonradan Fransada baş vermiş terror hücumu ilə əlaqədar müşavirə təxirə salınıb.

Onlar Amerika ilə inkişaf arasında gözəl divar hörəcəklər

Bir çoxları tərəfindən Pensin Tramp üçün strateji seçim olacağı deyilirdi. Mühafizəkar qubernator sosial mühafizəkar fikriləri ilə və Trampa dəstəyi ilə tanınır.

57 yaşlı Pens digər iki rəqibi, Nyu Cersi qubernatoru Kris Kristi və Nümayəndələr palatasının sabiq spikeri Nyut Qinqriçi üstələməyə nail olub.

Trampın elanından az sonra Klintonun seçki kampaniyası komandası Pens və Trampa ünvanlanan video çarx hazırlayıb. Çarxda onların “Amerika ilə inkişaf arasında gözəl divar hörəcəkləri” planlaşdıqları deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG