Accessibility links

"Trance" filmi yüksək texnologiyası və enerjisi ilə cəlb edir [Video]

  • Nərminə Cəlalqızı

Oskar mükafatlarının qalibi Slumdog Millionaire filminin rejissoru Denni Boylun yeni filmi – Trance yüksək texnologiyası və enerjisi ilə diqqət cəlb edir.

Ceyms Makoveyin oynadığı Saymon Qoyyanın rəsmini cinayətkar dəstədən gizlətmək üçün həyatını təhlükə qarşısına qoyur. Cinayətkar qrupun başçısı Frank Saymonu başından vurur və Saymon yaddaşını itirir. Lakin Frank amneziyadan əziyyət çəkən Saymonun sağalacağına inanmır və danışması üçün ona işgəncələr veirir. Lakin Frank sonradan Simonun doğru dediyini anlayır və yaddaşının geri qayıtmasına yardım etmək üçün Simonu hipnozçuya aparır.

Cazibədar hipnozçu Elizabet Lamb rolunu Rosario Douson ifa edir. Əvvəlcə onların münasibəti adı olur. Saymon qurban, Elizabet onun vəkili, Frank isə canidir. Lakin rejissor Danni Boyl Trance filmində heç nəyin olduğu kimi qalmadığını deyir. “Buradakı hər şey, səslər, musiqi, hadisələrin cərəyan etdiyi yerlər, geyim tamaşaçını cəlb edir. Tamaşaçı sanki hipnoz olunur. Filmin ən maraqlı tərəfi kimin hipnoz olunması məsələsidir.

2010-cu ildə ekranlara çıxan Kristofer Nolanın Inception filmində əsas məqsəd dünya boyu korporativ espionajı ifşa etmək idi. Trance-dakı obrazların yaddaşları silinib və şəxsiyyətləri sındırılıb. Onlar göründükləri kimi deyillər.


“Bu, gözəl bəzədilmiş şirniyyat qutusuna bənzəyir. Məqsəd əvvəlcə özünə cəlb etməkdir. Bundan sonra isə siz filmdə cərəyan edən hadisələrin cavabını tapmalısınız” - deyə, Danni Boyl bildirir.

Danni Boyl Trance filmində əsas xarakterləri, naməlum şəxsi, cəlbedici qadını nümayiş etdirir ki, burada kimin qəhrəman, kimin yaramaz olduğu məlum deyil. Hərçənd ki, Denni Boylun Trance-ı Oskar mükafatına layiq görülmüş Slumdog Millionaire filmi qədər təsirli deyil, o, rejissorun xarizmatik xarakterini əks etdirir. O həm düşündürür, həm də əyləndirir.
XS
SM
MD
LG