Accessibility links

Türkiyə və Azərbaycan arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə hökumətlərarası müqavilə imzalanıb. Sənədi prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıb.


TANAP boru kəmərinin tikintisi üzrə hökumətlərarası memorandum 26 dekabr 2011-ci ildə imzalanıb. Sənədə əsasən kəməri idarə edəcək konsorsiumda 80% Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ), hərəyə 10% isə TRAO (Türkiyə Neft-Qaz Korporasiyası) və BOTAS-a məxsusdur. Konsorsiuma xarici şirkətlər daxil ola bilər, amma pay məsələsini ARDNŞ ilə həll etməlidirlər.
Kəmərin çəkilişi ilə bağlı İstanbulda daha iki sənəd imzalanıb.
- Transanadolu qaz kəmərinin tikintisi üzrə hökumətlərarası saziş (bu sənəd qaz kəmərinin çəkilişi üzrə hökumətin prinsip və vəzifələrini müəyyən edir);
- qaz kəməri konsorsiumunun yaradılması barədə kommersiya sazişi (bu sənəd kommersiya fəaliyyəti ilə məşğul olacaq gələcək şirkətin yaradılması üçün hüquqi əsas olacaq).
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, TANAP kəmərinin uzunluğu 2 min km. olacaq. O, başlanğıcını Türkiyənin şərqindən götürəcək və Türkiyənin Bolqarıstan və ya Yunanıstanla sərhədinə kimi uzanacaq. Kəmərin çəkilişinə 2014-cü ilin IV rübündə başlanılacaq və iş 36 aya başa çatacaq. Onun buraxılış qabiliyyəti birinci mərhələdə 16 mlrd m3, ikincidə 20 mlrd m3 və üçüncü mərhələdə, yəqin, ildə 24 mlrd m3 olacaq.
Qaz kəmərinin tikintisinin birinci mərhələsinin qiyməti 7-8 mlrd. dolar həcmində qiymətləndirilir
XS
SM
MD
LG