Accessibility links

ABŞ və 11 ölkə arasında Trans-Sakit Okean Tərəfdaşlığı imzalanıb


Razılığa əsasən bu ölkələr arasında tarif və digər ticarət maneələri azaldılacaq

Birləşmiş Ştatlar və digər 11 Asiya-Sakit Okean regionu dövləti bazar ertəsi yekun azad ticarət müqaviləsi imzalayıblar. Bu razılığa əsasən dünya iqtisadiyyatının yarısını təşkil edən ölkələr arasında avtomobil, dərman preparatları və süd məhsulları daxil olmaqla bir sıra məhsul və xidmətlərə tətbiq olunan tariflər, vergilər və digər ticarət maneələri azaldılacaq.

Bu razılıq yeddi il davam edən mübahisəli müzakirələrdən sonra əldə olunub.

Yaponiyanın baş naziri Şinzo Abe yeni iddiali ticarət müqaviləsini alqışlayıb və bunu Yaponiya iqtisadiyyatının dəyişməsi üçün bir fürsət adlandırıb.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin iqtisadi gündəmini özü müəyyən etdiyi üçün ticarət paktına daxil olmamaq qərarı alıb. Ancaq ABŞ rəsmiləri doğru zamanın olduğunu düşündüyü an Çinin pakta qoşula biləcəyini bildirir.

Trans-Sakit Okean Tərəfdaşlığı ABŞ prezidenti Barak Obama üçün xarici siyasət sahəsində böyük qələbə hesab edilir. Buna baxamayaraq Konqresin bu razılığı qəbul edib-etməyəcəyi hələ aydın deyil. Bir çox qanunverici razılığın Amerikada işsizlik səviyyəsinin artmasına, ABŞ bazarında xarici məhsulların artmasına, ətraf mühitin çirklənməsinə və idxal olunan təhlükəli malların insanların sağlamlığına mənfi təsir göstərməsinə səbəb olacağına inanır.

Lakin Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, saziş ABŞ ixracatçılarına təbiq olunan 18 min fərqli vergini azaldacaq, dünya bazarını daha çox Amerikada istehsal olunmuş mallara açacaq. Onun sözlərinə görə bu razılığa əmək və ətraf mühitin müdafiəsinə dair bəndlər daxildir.

Hər 12 ölkənin parlament və qanunverici orqanı sazişi təsdiq etməlidir. ABŞ və Yaponiya ilə birgə tərəfdaşların sırasına Avstraliya, Bruney, Kanada, Çili, Malayziya, Meksika, Yeni Zellandiya, Peru, Sinqapur və Vyetnam daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG