Accessibility links

Transparency İnternationalın korrupsiya indeksi siyahısında Azərbaycan 175 ölkə arasında 126-ci yeri tutub


Transparency İnternational – Beynəlxalq Şəffaflıq Təşkilatı

Transparency İnternational – Beynəlxalq Şəffaflıq Təşkilatı

Danimarka isə ötən ildə olduğu kimi bu il də ən az korrupsiyalaşmış ölkə hesab edilib

Transparency İnternational - Beynəlxalq Şəffaflıq Təşkilatının 2014-cü il üçün yeni korrupsiya indeksi siyahısını dərc edib. http://www.transparency.org/cpi2014/results

Təşkilatın dərc etdiyi korrupsiya indeksi siyahisinda Azərbaycan 175 ölkə arasında 126-ci yeri tutub.

Bununla belə, Azərbaycan hələ də Qambiya,Pakistan,Nepal,Honduras kimi yüksək korrupsiyalaşmış ölkələr sırasındadır.

Gürcüstan isə keçən ilə baxanda xeyli irəliləyiş edib. Bu ölkə korrupsiya indeksinə görə 50-ci yer tutub. Ötən il isəbu rəqəm 56 idi.

Ermənistana gəldikdə isə korrupsiya indeksi siyahisinda Azərbaycanla müqayisədə 32 pillə daha az olaraq 94-cü yerdədir.

Danimarka isə ötən ildə olduğu kimi bu il də ən az korrupsiyalaşmış ölkə hesab edilib.

Transparency İnternational-ın tərtib etdiyi siyahıda Danimarkanın ardınca Yeni Zelandiya, Finlandiya, İsveç, Norveç dünyada ən aşağı korrupsiya səviyyəli ölkələr kimi göstərilir.

Somali isə 175 ölkə arasında ən çox korrupsiyalaşmış dövlət hesab edilib.

Transparency İnternational ictimai sektorda korrupsiyanın səviyyəsinə dair ekspert rəyləri əsasında hər il bu hesabatı hazırlayır.

XS
SM
MD
LG