Accessibility links

Transxəzər qaz kəməri Türkmənistanın diqqətindədir


Transxəzər qaz kəməri Türkmənistanın diqqətindədir
Transxəzər qaz kəməri Türkmənistanın diqqətindədir

Prezident Qurbanqulu Berdımuhəmmədov bildirib ki, enerji entiyatlarının Avropa istiqamətində ixracı Türkmənistanın xarici siyasi strategiyasının vacib xüsusiyyətidir və müvafiq olaraq Transxəzər qaz kəməri sistemi vacib layihədir.

Zəngin təbii qaz ehtiyatlarına malik olan Türkmənistan öz boru kəmərlərini yeni, daha əlverişli bazarlara yönəltməyi planlaşdırır. Bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov Aşqabadda keçirilən “Enerji bazarlarının qlobal inteqrasiyası” konfransının iştirakçılarına müraciətində bildirib.
“Avropa istiqaməti bizim yeni enerji siyasətimizin vacib vektorudur”, - deyə o qeyd edib.
“Türkmənistanla Avropanın qarşılıqlı faydalı marağı təbii prosesdir. Enerji entiyatlarının Avropa istiqamətində ixracı Türkmənistanın xarici siyasi strategiyasının vacib xüsusiyyətidir, müvafiq olaraq Transxəzər qaz kəməri sistemi vacib layihədir və Türkmənistanın bütün maraqlı tərəflərlə qarşılıqlı faydalı əməkdaşlığa hazırlığını sübut edir”, - deyə prezident vurğulayıb.

XS
SM
MD
LG