Accessibility links

Dominik Ştrauss-Kan Nyu-Yorkda lüks evə köçdü


Dominik Ştrauss-Kan Nyu-Yorkda lüks evə köçdü

Dominik Ştrauss-Kan Nyu-Yorkda lüks evə köçdü

Seksual təcavüz ittihamları ilə üzləşən Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq rəhbəri Dominik Ştrauss-Kan müvəqqəti mənzil binasından Nyu-Yorkdakı lüks şəhər evinə köçüb.

Hakim təsdiq etdikdən sonra ev dustağı olan Ştrauss-Kahn bu addımı atıb. O, daim keşikçilərin nəzarətində olacaq və evi yalnız vəkilləri ilə görüşmək, tibbi xidmət almaq və kilsə mərasimində iştirak etmək üçün tərk edə biləcək.

Ştrauss-Kan mayın 14-də Nyu-York otelində xadiməyə seksual təcavüzdə ittiham olunur. İyunda məhkəmə qarşısına çıxanadək o, Nyu-Yorkda qalacaq.

Bu arada BVF-in növbəti rəhbərliyi ilə bağlı debat qızışır. Fransanın maliyyə naziri Kristina Lagard və Meksika naziri Agustin Karstens posta sahib olmaq arzularını ifadə ediblər.

XS
SM
MD
LG