Accessibility links

ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycana səfər edəcək

  • Amerikanın səsi

ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycana səfər edəcək

ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycana səfər edəcək

ABŞ Dövlət katibinin Müsəlman İcmaları ilə iş üzrə xüsusi nümayəndəsi Farah Pandit və Anti-Semitizmə qarşı Mübarizə və onun Monitorinqi üzrə səlahiyyətli nümayəndəsi Hanna Rozental martın 10-17 Türkiyə, Azərbaycan və İspaniyaya səfər edəcək. Bu barədə məlumat ABŞ Dövlət Departamenti yayıb. Türkiyədə ABŞ-ın rəsmi nümayəndələri gənclər, hökumət rəsmiləri və icma liderləri ilə dinlərarası dialoq və tolerantləq məsələlərini müzakirə edəcək. Xüsusi nümayəndələr Azərbaycana səfər zamanı vətəndaş cəmiyyətinin üzvləri və gənc liderlərlə görüşlər keçirəcək. Onlar nifrət və fanatizmə son qoymaq və insanları könüllü fəaliyyətlərə vaxt ayırmağa təşviq etmək məqsədi ilə hazırlanmış “ 2011 Nifrət Əleyhinə Saatlar ” kampaniyasını təqdim edəcəklər.

“ 2011 Nifrət Əleyhinə Saatlar” kampaniyası haqda əlavə məlumatla aşağıdakı linkdə tanış ola bilərsiniz.

http://www.state.gov/s/2011hoursagainsthate/index.htm

XS
SM
MD
LG