Accessibility links

Con Travolta yeni filmdə məşhur mafia başçısı Con Qotti rolunu oynayacaq


Con Travolta “Con Qottinin Həyatı və Ölümü” adlı yeni filmdə mafia başçısı Con Qottini obrazını oynayır.

Film Nyu-York şəhərinin Bruklin rayonunda çəkilir. Və gördüyünüz kimi bu səhnədə Qotti olduqca qəzəblidir.

Bu yəqin o deməkdir ki, yaxın günlərdə onun düşmənlərindən hansılarısa balıqlara yem olacaq.

Qotti obrazını yaratmaq üçün Travolta birinci seçim deyildi. İlk öncə bu rol Silvestr Stalloniyə təklif edilib.

Amma aktyor bir qədər sonra filmdə çəkilmək istəməyib.

Və Con Travolta cəld onun yerini tutub.

Söhbət gəzir ki, filmin çəkilişlərində o hətta Con Qottinin qalstuku da daxil olmaqla onun paltarlarını geyinib, aksesuarlarından istifadə edib.

Filmin bu ilin sonu kinoteatr ekranlarına çıxacağı gözlənilir. Amma dəqiq gün hələlik təyin edilməyib.

Ən maraqlısı isə budur ki, Travoltanın həyat yoldaşı Kelli Preston filmdə Qottinin həyat yoldaşını, qızı Ella Bleu isə mafia başçısının qızını oynayır.

Əsl mafiada olduğu kimi hər şey ailə daxilindədir.

XS
SM
MD
LG