Accessibility links

Rumıniyada prezident Trayan Basesku impiç olunur


Rumıniya parlamenti prezident Trayan Baseskunu hakimiyyət uğrunda ölkənin baş nazırı ilə mübarizənin tərkib hissəsi kimi impiç etməyə çalışır.

Koalisiyanın impiçment yönündə fəaliyyəti baş nazir Viktor Pontanın prezident Baseskuya qarşı bir ay boyunca davam edən mübarizəsində son həmlədir.

Parlamentarlar baş nazir Pontanın Sosial Demokrat Partiyası da daxil olmaqla, üç partiyadan olan Liberal Sosial Birliyi (USL) cümə gününə qədər prezidenti impiç etmək üçün vəsatət qaldıra bilər.

Bəzi analitiklər prezident Baseskunu hakimiyyətdən kənarlaşdırmaq fəaliyyətinin qanunsuz olduğunu deyirlər. Prezidentin tərəftarları bu hərəkətlərin demokratiyaya qarşı olduğunu bildirərək, baş naziri istefa verməyə çağırıblar.

Prezident səlahiyyətlərini aşmaqda və konsitusiyanı pozmaqda ittiham olunur.
Hökumət tərəftarları hüquqi mübarizədən yayınmaqla prezidentin impiçment prosesini asanlaşdırmaq üçün Konstitusiya Məhkəməsinin parlamentin işlərinə müdaxilə etməsini qadağan edən tədbirləri təstiq ediblər.

Liberal Sosial Birlik (USL) prezident Baseskunun fəaliyyətini 2007-ci ildə dayandırmışdı, lakin o, referendum yolu ilə yenidən fəaliyyətini bərpa etmişdi.
XS
SM
MD
LG