Accessibility links

Ağac başında evlər [Video]


Ağacın başında öz evi, valideynlərdən və ümumiyyətlə hamıdan uzaqda, tamamilə müstəqil olmaq hər uşağın arzusudur.

İnsanlara ağac evlər inşa etməyi öyrədən seminarlar son illər Amerikada çox populyarlaşıb. Pensilvaniyada keçirilən bu seminarlardan birində bir sıra maraqlı ağav evlər nümayiş etdirilib.

Üç yaşlı Mika və onun balaca bacısı taxta evə bu il sahib olub. “Mən Mikayam, mən öz taxta evimi çox sevirəm” deyə, o bildirir.

Bu 28 min dollarlıq taxta evi onlara valideynləri bağışlayıb. Üç metr hündürlüyündə bu evi iki böyük ağac saxlayır. Burada yuxarı qalxmaq üçün xüsusi qurğu da var. “Mən böyük qapının içərisində kiçik qapının olmasını istəyirdim. Əgər yuxarı qalxsanız qapıda kiçik dəstək görəcəksiniz, bu onların boyuna uyğundur. Orada böyüklərin ölçüdə də qapı var. Mən bunu onların bizdən asılı olmayaraq, sərbəst olması üçün etmişəm” deyə, Mikanın anası bildirir.

Bela Sondar və onun həyat yoldaşı Lakşmi Amerikaya 20 il əvvəl gəlib. Qızları üçün taxta ev inşa edən Kenan ailəsindən fərqli olaraq, Sandars ailəsi belə evi özləri üçün inşa etdirib. “Biz elə ev inşa etmək istəyirdik ki, orada dincələ bilək. Biz orada sərinləşib, bir qədəh şərab içə bilək. Və orada yer biz istədiyimizdən də böyük oldu.”

Burada çarpayı, masa və pəncərələr də var. Burada yay fəslində rahat dincəlmək olur.

Bu gözəl taxta evlər Den Rayt tərəfindən inşa edilib. O, Tree Top Builders Inc., şirkətini təsis edib və 2003-cü ildə şirkət yaradandan bəri 400-dən çox taxta ev inşa edib. “Bu, müstəqillik azadlıq rəmzidir və amerikalılar elə bu səbəbdən taxta evləri sevir. Yerdən göyə yüksəlirdən, uşaqlara gələndə isə onlara elə glir ki, valideynlərin onlara əli çatmayacaq. Onlar yuxarıdan həyata sanki yeni perspektivdən baxır”, deyə, Den Rayt bildirir.

Rayt şirkəti insanlara özlərinin taxta ev inşa etmə yollarını öyrədən seminarlar təşkil edir.

XS
SM
MD
LG