Accessibility links

İnsan həyatını xilas edəcək cihazlar [Video]


İnsan həyatını xilas edəcək cihazlar
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Səhhətində ciddi problem olan insanın laboratoriya təhlillərinin cavablarını gözləməsi uzun zaman ala bilər. Hazırda isə iki kiçik cihaz infarkt da daxil edilməklə, insanda olan xəstəlikləri müəyyən edə bilir. Bu cihazlardan xəstələr evlərində də istifadə edə bilər. Bu iki cihaz sizin həyatınızı xilas edə bilər.

Vaşinqton şəhərindəki Corc Vaşinqton Universitetinin alimləri insanlardakı bəzi xəstəliklərə tez bir zamanda diaqnoz qoyan cihazlar üzərində işləyir.

Birincisi, “Trikorder” adlandırılan bu cihaz qan, sidik və tüpürcək üzərində araşdırma apara bilir. Bu balaca konteynerdəki maye bu nümunələri təhlil edir. Cihazın ixtiraçısı təhlillərin cavablarının Smartphone app-ə göndərildiyini deyir. “Burada məqsəd bu cihazlardan həkim ofislərində və evlərdə istifadə etməkdir. Bir də istəyirk ki, onların sürəti, təhlillərin nəticəsi dəqiqələr olmasa da, bir neçə saat ərzində hazır olsun” deyə, professor Cenyu Li bildirir.

İkincisi, bu, zərgərlik əşyalarına oxşayan cihazdır. Bu, bağlantısız elektrokardioqram sensor yerləşdirilən üzük də ürəkdə olan qüsurları və digər narahatlıqları aşkar edir. “Trikorder”də olduğu kimi, buradan da təhlil nəticələri sizin telefonunuza və həkiminizə gedir. “Mənim fikrimcə saat və ya bilərzikdən fərqli olaraq, üzük həmişə taxılan əşyadır” deyə, professor bildirir.

Lakin bəzi insanlar özlərinin səhhətinə nəzarət edə bilmir. “Elə insanlar var ki, bədənlərində cihaz gəzdirə bilmir. Lakin xroniki xəstəlikləri olan insanlar bəzən risk qarşısında qala bilər. Məsələn, ürək tutmasında bu cihazların böyük köməyi ola bilər.”

Bir neçə ildən sonra bu cihazlardan həm həkimlər, həm də xəstələr istifadə edə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG