Accessibility links

Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Şimali Koreyanın nüvə silahı ilə bağlı 20 il davam edən uğursuz diplomatik danışıqlardan sonra bu məsələyə yeni yanaşmanın gərək olduğunu deyib.

Birləşmiş Ştatların yüksək səviyyəli diplomatı kimi cənab Tillerson ilk dayanacağı olan Yaponiyada bu gün deyib ki, onun regiona səfərinin məqsədi Yaponiya, Cənubi Koreya və Çinlə fikir mübadiləsi aparmaqdır.

Şimali Koreya və xalqı onunla yalnız sülh şəraitində yaşamaq istəyən Birləşmiş Ştatlar və regiondsakı digər qonşularlndan qorxmalalıdır

"Şimali Koreya və xalqı onunla yalnız sülh şəraitində yaşamaq istəyən Birləşmiş Ştatlar və regiondakı digər qonşularından qorxmalalıdır. Bunu nəzərə alaraq, Birləşmiş Ştatlar Şimalı Koreyanı nüvə və ballistik proqramlarından imtina etməyə, eləcə də hər hansı təxribata əl atmamağa çağırır" deyə,Tillerson bildirib.

Birləşmiş Ştatlar Yaponoya və Cənubi Koreyaya hərbi qüvvələrini yerləşdirmiş və artıq Şimali Koreyanın raket sistemini nəzarətdə saxlayır. Bu iki ölkə ABŞ-ın Şimali Koreyaya qarşı diplomatik və iqtisadi təzyiqləri artırmaq səylərini dəstəkləyir.

Tillerson cümə günü Cənubi Koreyaya gedəcək. Dövlət katibinin son dayanavcağı isə Çin olacaq ki, orada o, prezident Tsi Tsinpinlə görüşəcək.

XS
SM
MD
LG