Accessibility links

BMT-nin sponsorluğu ilə Liviya üsyançı qrupları ilə danışıqlar bu gün Mərakeşdə davam edir. Danışıqların məqsədi milli birlik hökuməti yaradılmasına yardım etməkdir.

Müzakirələr Liviya hökumətinin mühüm neft obyektlərini ələ keçirən İslamçı yaraqlıların qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasından silah embarqosunu yüngülləşdirməsi və ya ləğvi tələbindən bir gün sonraya təsadüf edir.

Liviya hökuməti tanklar və döyüş təyyarələri də daxil olmaqla, ağır artilleriya əldə etmək istəyir.

Liviyanın terrorçulardan müdafiəsi məqsədi ilə koalisiya qurmağa çalışan Liviyanın baş naziri İordaniyaya səfər edib.

Liviya 2011-ci ildə Müəmmar Qəzzafi devrildikdən və öldürüldükdən sonra zorakılıq və siyasi xaosa səhnə olub.

İslamçı ekstremistlər Tripolinin nəzarətini ələkeçirib, özlərinin parlamentini yaradıb və beynəlxalq ictimayyət tərəfindən tanınan hökuməti şərqə qaçmağa vadar edib.

XS
SM
MD
LG