Accessibility links

Tripolidə qarşıdurmalar davam edir


Qarşıdurmalarda 40 adam öldürülüb, 400 nəfər xəsarət alıb

Liviyanın paytaxtında hökuməti dəstəkləyən əsgərlər və milisin sülhün bərqərar edilməsinə çalışdığı bir vaxt yeni qarşıdurmalar baş verib.

Liviyanın baş naziri Əli Zidan milisə Tripoliyə girməmək barədə xəbərdarlıq verib. Polis milisin yerləşdiyi Qarqor rayonuna səyahətə məhdudiyyətlər tətbiq edib.

Hazırda Tripolida bir çox mağaza bağlıdır.

Dünənki qarşıdurmalarda 40 adam öldürülmüş, 400 nəfər xəsarət almışdı.
Misrata şəhərindən milislər onların şəhəri tərk etməsini tələbə edən nümayişçiləri atəşə tutmuşdu.

Aksiya iştirakçıları “ Biz polis istəyirik”,”Biz ordu istəyirik” kimi şüarlar səsləndirmişdi.

Liviyanın bu milis dəstəsi diktator Müəmmar Qəzzafiyə qarşı 2011-ci il üsyanının qalıqlarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG