Accessibility links

Şahidlərin sözlərinə görə, Liviya paytaxtı Tripolidə bir neçə partlayış olub. Şəhərdə NATO qüvvələrinin Liviya lideri Müəmmar Qəzzafiyə təzyiqləri davam edir.

Şahidlər partlayışlardan sonra Qəzzafinin istinadgahının yerləşdiyi ərazindən havaya tüstü qalxdığı deyir. Bu, NATO-nun gündüz saatlarında həyata keçirdiyi nadir hücumlardan biri zamanı baş verib.

Bu gün diplomatik səylər də davam etdirilib. Belə ki, Rusiya prezidenti Dmitri Medvedevin göndərdiyi xüsusi nümayəndənin Benqazi şəhərində Milli Keçid Şurasının üzvləri ilə görüşü gözlənilir.

Çin xarici işlər naziri deyir ki, ölkənin Misirdəki diplomatlarından biri də bu yaxında üsyançıların üzvləri ilə görüş keçirib. Nazirlik açıqladığı bəyanatda Liviya xarici işlər nazirinin Pekində üç günlük səfərdə olduğunu bildirsə də, təfərrüata varmayıb.

XS
SM
MD
LG