Accessibility links

Tripolidə qızğın döyüşlər gedir

  • Amerikanın səsi

Tripolidə qızğın döyüşlər gedir

Tripolidə qızğın döyüşlər gedir

Liviya paytaxtı Tripolidə şəhərə nəzarəti büsbütün ələ almağa çalışan müxalifət qüvvələri ilə Müəmmər Qəzzafiyə sadiq qüvvələr arasında qızğın döyüşlər başlanıb.

Şahidlər çox sayda xarici jurnalistlərin qaldığı Korintiya oteli yaxınlığında atəş səslərinin eşidildiyini xəbər verirlər.

Liviya müxalifət döyüşçüləri Qəzzafiyə sadiq qüvvələri məğlub etmək üçün Tripoliyə axışırlar. Onlar həmçinin Qəzzafinin ana yurdu Sirte şəhərinə doğru irəliləyirlər.

Tripolidən 400 kilometr şərqdə yerləşən Sirtedə Qəzzafiyə sadiq qüvvələr cəmləşib.

XS
SM
MD
LG