Accessibility links

Tripolidə Qəzzafi tərəfdarları ilə atışma olub


Tripolidə Qəzzafi tərəfdarları ilə atışma olub
Tripolidə Qəzzafi tərəfdarları ilə atışma olub

Tripolidə Qəzzafi loyalistlərinin istehkamı sayılan məhəllədə şiddətli atışma baş verib. Xəbərlərə əsasən müvəqqəti hökumət tərəfdarları ilə Qəzzafi loyalistləri arasında döyüş sonuncuların nümayiş cəhdindən sonra başlayıb. Bu arada müvəqqəti hökumət qüvvələri Qəzzafinin ana yurdu Sirti ələ keçirmək üçün yenidən qruplaşırlar. Milli Keçid Şurasının döyüşçüləri bildirirlər ki, Qəzzafipərəst qüvvələr iki kvadrat kilometr əraziyə sıxışdırılıblar. Qəzzafinin yaxşı silahlanmış qüvvələri tərəfindən artilleriya atşinə məruz qaldıqdan sonra MKŞ döyüşçüləri geri çəkilməyə məcbur olublar.

XS
SM
MD
LG