Accessibility links

Türkiyədən Almaniyaya xəbərdarlıq


Türkiyə liderləri Almaniya qanunvericilərinə ermənilərin Osmanlı türkləri tərəfindən öldürülməsinin soyqırım kimi tanındığı təqdirdə ölkələr arasında münasibətlərin pozulacağı barədə xəbərdarlıq edib.

Almaniya parlamenti cümə axşamı erməni soyqırımı ilə bağlı səs verəcək.

Parlamentin hesabatında keçən əsrdə baş verən dəhşətlərə kütləvi qırğınlar, etnik təmizləmələr və soyqırım daxildir. Mətndə həmçinin, vaxtilə Oslanlı İmperiyası olan və hazırda müasir Türkiyə ilə müttəfiq olan Almaniyanın da məsuliyyət daşıdığı deyilir.

Ermənistan 1915-1917-ci illər arasında 1.5 milyon erməninin öldürüldüyünü iddia etsə də, Türkiyə yüz minlərlə erməninin öldüyünü, lakin bunun soyqırım kampaniyası olmadığını deyir.

Türkiyənin baş naziri Binəli Yıldırım Almaniyada keçiriləcək səsverməni mənasız adlandırıb.

A

XS
SM
MD
LG