Accessibility links

İren qasırğası qərb istiqamətində hərəkət edir YENİLƏNİB)

  • Amerikanın səsi

İren qasırğası qərb istiqamətində hərəkət edir YENİLƏNİB)

İren qasırğası qərb istiqamətində hərəkət edir YENİLƏNİB)

Güclü külək və yağışla müşayiət olan İren tropik qasırğası yaxınlaşdıqca ABŞ-ın Puerto Riko ərazisində qasırğa ilə əlaqədar xəbərdarlıq elan edilib. ABŞ ərazisi olan Virciniya adalarında artıq qasırğa ilə əlaqədar xəbərdarlıq elan edilib.

Meteroloqlar saatda 85 kilometr sürətlə əsən küləklərlə müşayiət olan İren qasırğasının bazar ertəsinə qədər güclü qasırğaya çevrilə biləcəyini bildirir. Qasırğa Puerto Rikodan şərqdə 375 kilometr məsafədən saatda 32 kilometr sürətlə qərb istiqamətində hərəkət edir.

Mayamidə ABŞ-ın Milli Qasırğa Mərkəzi bu gün İren qasırğasının Haiti və Kuba üzərindən keçərək, Mayamiyə yetişə biləcəyini bildirib. İren Atlantik okeanında qasırğa mövsümü başlayandan artıq doqquzuncu qasırğadır.

Bundan öncə Qvatemala və Meksikaya güclü yağışlar gətirən Harvi tropik qasırğası isə zəifləyərək, qasırğa kateqoriyasından çıxarılıb.

XS
SM
MD
LG