Accessibility links

Troy Deyvis edam olundu


Troy Deyvis edam olundu
Troy Deyvis edam olundu

1989-cu ildə polis zabitini qətlə yetirdiyinə görə ABŞ-da ölüm hökmü almış Troy Deyvis dünən gecə Georgia ştatında edam olunub. Edam Ali Məhkəmə onun appelyasiya müraciətini rədd etdikdən sonra baş verib.

Deyvis gecə saat 11-dən az keçmiş zəhərli inyeksiya vasitəsilə edam olunub. Yüzlərlə nümayişçi ərazidə toplaşaraq Deyvisin günahsız olduğunu israr ediblər.

Şahidlərin bildirdiyinə görə son sözündə Deyvis qətlə yetirilmiş Mark MakFeylin ailəsinə “onların oğul, ata və qardaşlarını” öldürmədiyini deyib, və heç vaxt silah sahibi olmadığını söyləyib.

Deyvisi cinayət aktına bağlayan material dəlilin olmaması məsələyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Deyvisin mühakiməsində ifadə vermiş yeddi şahid sonradan öz ifadələrini geri götürüblər.

XS
SM
MD
LG