Accessibility links

Elektron Təhlükəsizlik Mərkəzi yeni troyanla bağlı xəbərdarlıq edib


Elektron Təhlükəsizlik Mərkəzi - logo

Elektron Təhlükəsizlik Mərkəzi - logo

“MX Lab” e-poçt vasitəsi ilə yayılan “my new photo ;)” mövzulu yeni troyanı aşkar edib.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompüterə yükləməməyi tövsiyə edir.

Mərkəz bildirir ki, e-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb həcmindədir. Troyan “HEUR/QVM03.0.Malware.Gen” və ya “Win32:Malware-gen.” zərərli proqram təminatının bir növüdür.

Onu da qeyd edək ki, 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilib.

XS
SM
MD
LG