Accessibility links

Donald Tramp Kanadanın baş naziri Castin Trudonu qəbul edib


ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trudonu qəbul edib. Ağ Ev görüşü zamanı tərəflər qarşılıqlı əlaqələrin inkişafına vəd verib.

Tramp Şimali Koreyanın son raket sınağını böyük problem adlandıraraq, məsələ ilə ciddi məşğul olacağını deyib.

Mühacirət və milli təhlükəsizlik məsələrinə toxunan Trudo deyib ki, biz vətəndaşlarımızın təhlükəsizliyi baxımdan razılıq əldə etmişik.

Ticarətə gəldikdə isə Tramp ABŞ, Kanada və Meksikanın daxil olduğu 1994-cü il Şimali Amerika Azad Ticarət Sazişini yenidən müzakirəyə çıxaracağını deyib. Bu saziş Vaşinqtonla Ottava arasında mühüm hesab edilir. Belə ki, saziş Kanadadan Amerikaya 75, Amerikadan Kanadaya 18 faiz idxalı nəzərdə tutur.

Trudonun birgünlük Amerika səfərinə Nümayəndələr Palatasının spikeri Pol Rayan və Senatın əksəriyyət lideri Mitç Makonnelə görüşlər də daxildir.

XS
SM
MD
LG