Accessibility links

Ceyms Mattis - Tramp administrasiyasının müdafiə naziri [Video]


Ceyms Mattis - Tramp administrasiyasının müdafiə naziri
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Ceyms Mattis - Tramp administrasiyasının müdafiə naziri

Generalın Əfqanıstan və İraqda düşmən qüvvələrə qarşı amansızlığı ona həm “Quduz it” ləqəbi, həm də ordu sıralarında böyük hörmət qazandırıb.

ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp bu gün Şimali Karolinada rəsmən Kabinetinin müdafiə nazirinin adını açıqlayacaq. Ancaq bundan əvvəl Phayo ştatında çıxışı zamanı o, artıq həmin şəxsin kim olacağını bildirmişdi.

ABŞ-ın növbəti prezidenti Kabenetinin müdafiə naziri olaraq “Quduz it” ləqəbli təqaüddə olan dəniz qüvvələri generalı Ceyms Mattisi seçib.

O, əsgərin əsgəri, piyadanın piyadasıdır. Əminəm ki, özü də belə deyərdi. İlk dəfə onunla Əfqanıstanın Nanqahar vilayətində tanış olmuşam. O zaman 2006-cı il idi, güclü döyüşlər gedir. O, ruhlandırıcı liderdir, məni də o ilhamlandırıb
Əfqanıstandakı Beynəlxalq Qüvvələrin komandiri Con Nikolson

Mattis Amerikanın Yaxın Şərqdə əməliyyatlarını həyata keçirən ABŞ Mərkəzi Komandanlığının komandiri və NATO Müttəfiq Qüvvələrinin baş komandanı olub.

Generalın Əfqanıstan və İraqda düşmən qüvvələrə qarşı amansızlığı həm ona “Quduz it” ləqəbi, həm də ordu sıralarında böyük hörmət qazandırıb.

"O, əsgərin əsgəri, piyadanın piyadasıdır. Əminəm ki, özü də belə deyərdi. İlk dəfə onunla Əfqanıstanın Nanqahar vilayətində tanış olmuşam. O zaman 2006-cı il idi, güclü döyüşlər gedir. O, ruhlandırıcı liderdir, məni də o ilhamlandırıb" - deyə Əfqanıstandakı Beynəlxalq Qüvvələrin komandiri Con Nikolson bildirir.

Ekspertlər Mattisin həm general, həm də alim olduğunu vurğulayır.

"O, öz nəsilinin ən məlumatlı, ən oxumuş və ən təcrübəli generalıdır" - deyə bildirən Vaşinqtondakı Brukinqs İnstitutundan Maykl Ohanlonun sözlərinə görə, o, Mattisin təcrübəsi və biliyinin onu hərbi qüdrətin potensialı və məhdudiyyətləri barədə daha praktik etdiyinə inanır.

O, öz nəsilinin ən məlumatlı, ən oxumuş və ən təcrübəli generalıdır.
Təhlilçi Maykl Ohanlon

Maykl Ohanlon: "Əslində döyüş meydanı etibarlılığı və təcrübəsinə malik Mattis kimi şəxsin Donald Trampa məsləhət verməsi çox yaxşıdır, çünki Donald Tramp o şəxsə qulaq asacaq“.

Mattisin təyinatı təsdiq olunmamışdan əvvəl Konqres müstəsna hal kimi qanuna düzəliş qəbul etməlidir. Hazırki qanunlara görə, müdafiə naziri olmaq üçün hər hansı keçmiş hərbçi səlahiyyətlərinin icrasına başlamamışdan ən azı 7 il əvvəl ordudan təqaüdə çıxmalıdır. Mattis isə cəmi 3 ildir təqaüdə çıxıb.

Bu qanun hərbi xidmətlə mülki vəzifə arasında fasilə yaratmaq məqsədi daşıyır.

Konqres indiyədək yalnız bir dəfə bu qanuna dəyişiklik edərək II Dünya Mübaribəsində general olmuş Corc Marşalın 1950-ci ildə müdafiə naziri təyin edilməsinə icazə verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG