Accessibility links

Birləşmiş Ştatların Federal Məhkəməsi prezident Donald Trampın müsəlmanların çoxluq təşkil etdiyi 6 ölkədən vətəndaşların ABŞ-a girişinə və mühacir qəbuluna qadağa ilə bağlı sərəncamın icrasının dayandırılma vaxtını uzadıb.

Honolulu məhkəmə binası

Honolulu məhkəmə binası


Birləşmiş Ştatlar hakimi Derrik Vatson hökumətə mart ayının 15-də çıxan sərəncamın müvəqqəti olaraq dayandırılmasına qərar verib.

Prezident Trampın sərəncamına qarşı Havay ştatının tələbi ilə ölkə boyu tətbiq ediləcək yeni hökm çərşənbə günündən qüvvəyə minib.

Cənab Vatson deyib ki, onu bu qənaətə gətirən şərait dəyişməyib. Bu sıraya Havay ştatının Tramp və onun müşavirlərinin vaxtikən müsəlmanlara dair verdikləri bəyanatlar daxildir.

Havay ştatının baş prokuroru Duqlas Çin Honolulu çərşənbə günü keçirilən məhkəmə zamanı qadağa ilə bağlı verilən sərəncama qarşı çıxıb.

Prezident tərəfindən verilən qərarlar yalnız dünyəvi prinsiplərə əsaslanmalıdır

Hakim belə bir qərarın konstitusiyaya zidd olduğunu deyərək, prezident tərəfindən verilən qərarların yalnız dünyəvi prinsiplərə əsaslanmalı olduğunu vurğulayıb.

Tramp prezident kampaniyası dönəmində müsəlmanların ABŞ-a daxil olmasına qadağaya səsləmişdi. Sonrada bu siyasət dəyişdirilərək terrorizmlə əlaqəsi olan ölkələrdə "ekstremal yoxlama"-ya çevrildi.

Tramp administrasiyası israr edir ki, sərəncam "müsəlman qadağası" deyil və o, bəyan edir ki, sərəncam milli təhlükəsizliyin qorunmasına xidmət göstərir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG