Accessibility links

Nikki Heylinin ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə seçiləcəyi gözlənilir


Cənubi Karolina qubernatoru Nikki Heylinin ABŞ-ın yeni seçilmiş prezidenti Donlad Trampın BMT-dəki səfiri vəzifəsinə seçiləcəyi gözlənilir.

Artıq ikinci dönəm qubernator qismində xidmət göstərən hindistanlı mühacirin 44 yaşlı qızının heç bir xarici siyasət təcrübəsi yoxdur. Bu, Trampın kabinetə seçdiyi ilk şəxsdir ki, ağdərili kişi deyil.

Heyli bir neçə ay davam edən və Trampın Respublikaçılar Partiyanın namizədi seçilməsi ilə nəticələnən ilkin seçkilərdə Trampı dəstəkləməyib. O, ilk senator Marko Rubionu dəstəkləyib və daha sonra senator Ted Kruza dəstək verib.

Prezident seçkilərdən bir qədər əvvəl o, hər iki partiyanın təqdim etdiyi seçimdən məmnun olmadığını deyib, lakin səsini Trampa verəcəyini bildirib.

O,Trampın müsəlmanların ABŞ-a daxil olmasına qadağa qoyulması təklifini tənqid edib.

Tramp onun mühacirət məsələsində zəif olduğunu deyib və mart ayında tviterdə “Şimali Koralina sakinləri Nikki Heylinin əməllərindən utanc hissi keçirir” - yazıb.

Onlar Nyu-York şəhərində görüşüb.

Tramp artıq Reinsi Pribusu administrasiya heyətinin başçısı, Stiv Bannonu baş strateq, alabamalı senator Ceff Sessionsu baş prokuror və konqresmen Mayk Pompeonu Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri seçib.

Show comments

XS
SM
MD
LG