Accessibility links

Birləşmiş Ştatlara növbəti prezidenti Donald Tramp ölkənin 45-ci prezidenti kimi vəzifəsinin icrasına başlamazdan əvvəl andiçmə mərasimində iştirak etmək üçün bu gün paytaxt Vaşinqtona gəlir.

"Səfər başlayır və mən Amerika xalqı üçün çətin mübarizəyə başlayıram. Bizim birlikdə Amerikanı yenidən möhtəşəm edəcəyimizə şübhəm yoxdur " deyə, cənab Tramp Twitter hesabında bildirib.

Ağ Evin növbəti mətbuat katibi Şan Spayser yeni seçilmiş prezidentin inaqurasiya çıxışında dəyişikliklər etdiyini və çıxışın onun Amerikaya baxışı baxımından çox özəl olacağını deyib.

Mətbuat katibi Trampın xalqa ünvanladığı nitqində ölkənin üzləşdiyi çətinliklərdən danışacağı və hansı sahələrdə üzərinə qanunvericilik deyil, milli hakimiyyəti alacağından bəhs edəcəyini bildirib.

Sözçü deyib ki, cümə günü də daxil edilməklə, qarşıdan gələn bir neçə gün ərzində real dəyişikliklərlə bağlı qanunlar imzalanacaq. Tramp vəzifəsini başa vuran prezident Barak Obamanın bəzi fərmanlarını da ləğv edə bilər.

Vitse-prezident seçilən Mayk Pens isə o və Trampın elə ilk gündən Amerika xalqına xidmət etməyə hazır olduqlarını deyib. O, həmçinin keçid dövründə onlarla əməkdaşlıq etdikləri üçün prezident Barak Obama və vitse-prezident Co Baydenə minnətdarlığını bildirib.

Tramp və Pens 400 mindən çox hərbi qulluqcu və onların ailə üzvlərinin dəfn edildiyi Arlinqton məzarlığında təşkil edilən mərasimdə əklillər qoyacaq.

Daha sonra Trampın Linkold Memorialındakı konsertdə çıxışı gözlənilir.

Axşam isə Tramp, Pens və yeni administrasiyasının üzvləri seçki kampaniyasının donorları ilə şam işığı altında təşkil ediləcək şam ziyafətində iştirak etməlidir.

Tramp adi vətəndaş kimi son gecəsini Ağ Evin qarşısındakı Bler-Housdakı qonaq evində keçiriəcək.

XS
SM
MD
LG