Accessibility links

Tramp əleyhinə nümayişlərdə bir nəfər yaralanıb


Donald Trampın prezident seçilməsinə etirazlar Oreqon ştatının Portland şəhərində zorakılıqlarla müşayiət edilib.

Amerikanın bir sıra şəhərində gələn günlər də nümayişlər planlaşdırılıb.

​Portlandda yüzlərlə insan küçələrə çıxaraq nəqliyyatın hərəkətinə mane olub.

Nümayişçilərdən birinin ayağından güllə yarası aldığı bildirilir. Onun kim tərəfindən vurulduğu bəlli deyil. Aksiyalar zamanı vandalizm və təhqirlərə yol verilib.

Los Anjelesdə nəqliyyatı dayandıran 185 adam nəzarət altına alınıb.

Nyu-Yorkun Vaşinqton meydanına toplaşanlar "Sevgi həmişə Trampa nifrət edəcək" və "Mənim prezidentin deyil" kimi şüarlar səsləndirilib.

Trampın Manhattandakı lüxs binası qarşısında da çoxsaylı insan toplaşıb. Onun yaşadığı bu bölgədə bahalı dükanlar yerləşir. Bina hazırda ciddi mühafizə altındadır. Nümayişçilər binaya yaxınlaşa bilmir.

Filadelfiyada Templ Universitetinin yüzə yaxın tələbəsi yürüş keçirib. Onları Trampın ölkədə birlik deyil, parçalanma yaradacağı narahat edir.

Mayamidə keçirilən etiraz aksiyası zamanı “İrqçi Amerikaya yox” şüarı səsləndirilib.

Eyni durum Atlantada da müşahidə edilib.

Kaliforniyada mindən çox adam küçələrə çıxıb. 200-dən çox adamın həbs edildiyi bildirilir.

​Trampın seçkiqabağı kampaniyaları zamanı söylədikləri onu irqçi, seksist və ksenofob kimi qələmə verib.

Donald Tramp Twitter səhifəsində seçkilərin şəffaf və ədalətli olduğunu deyərək, medanın təhriki ilə professional etirazçıların nümayiş keçirməsini ədalətsizlik kimi qiymətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG