Accessibility links

Donald Tramp Vladimir Putinlə telefonla danışacaq


Şənbə günü Birləşmiş Ştatlar prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı gözlənilir. Bu, Tampın and içərək prezidentlik vəzifəsinə başlamasından sonra dünyanın iki qüdrətli lideri arasında ilk danışıq olacaq. Onlar keçən ilin noyabr ayında, Donald Tramp prezident seçildikdən sonra danışmışdılar.

Prezident seçkilərindən sonra həm Tramp, həm də Putin iki ölkə arasında münasibətləri normallaşdırmaq arzusunda olduqlarını demişdilər.

Sabiq prezident Barak Obamadan fərqli olaraq, Birləşmiş Ştatların hazırkı lideri Rusiya və Putinlə münasibətlərin daha yaxşı olmasını istədiyini deyib. Tramp Obama administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək istəyir.

Donald Trampı tənqidçilərini onun Putinlə münasibəti narahat edir. Birləşmiş Ştatların Kəşfiyyat Agentliyinin prezident seçkilərində Trampın qalib gəlməsində Rusiyanın əli olduğunu bildirməsindən sonra prezidentliyə demokrat namizəd Hilları Klinton Trampın Putinin marionetkası olduğunu deyib.

Tramp isə seçkiləri Rusiyanın yardımı ilə qazanması barədəki iddiaları rədd edir.

XS
SM
MD
LG