Accessibility links

Əmək naziri vəzifəsinə nominant vəzifədən imtina edib


Birləşmiş Ştatlar prezidenti Donald Trampın əmək naziri vəzifəsinə nominasiya etdiyi Fast Food-un icraçı direktoru Endryu Pazder təsdiqlə bağlı dinləmələrə bir gün qalmış vəzifədən imtina edib.

Ağ Ev sözçüsü Şon Srayser Pazderin qərarını təsdiq edib.

Pazder prezident Trampın vəzifəyə təyin etmək istədiyi ilk namizəddir ki, Senatda dəstəklənəndən sonra vəzifədən imtina edib.

Birləşmiş Ştatlarda işləməyə icazəsi olmayan xadiməyə görə beş il vergi verməmək də daxil edilməklə, Pazderin adı bir çox ziddiyyətli məsələlərlə bağlı hallanıb. Bu kimi hallar mühacirət və vergi məsələlərinə sərt münasibətdə olan Respublikaçılar üçün problem ola bilər.

Demokratlar və əmək qrupları aşağı maaşlı işçilərin əmək haqqını yüksəlməyə çalışan və əlavə işə görə imtiyazlar nəzərdə tutan yeni qaydalara əməl etməyə çalışan Pazderin nominasiyasına görə mübarizə aparmağa hazır idi.

XS
SM
MD
LG