Accessibility links

ABŞ-ın növbəri prezidenti seçilmiş Donald Tramp bu gün ən sərt respublikaçı tənqidçilərindən biri olan Mitt Romni ilə görüşüb. Romninin adı Tramp administrasiyanın potensial dövlət katibliyi üçün hallanır.

Tramp və Romni arasında münasibətlər gərgin olsa da, keçid komandasının vitse-rəhbəri və yenicə baş prokurorluğa namizəd göstərilmiş Ceff Sesşins Trampı öz administrasiyasında Mitt Romniyə vəzifə verməyi nəzərdən keçirməyə çağırıb.

Tramp və Romni arasında münasibətlər gərgin olsa da, keçid komandasının vitse-rəhbəri Ceff Sesşins Trampı öz administrasiyasında Mitt Romniyə vəzifə verməyi nəzərdən keçirməyə çağırıb. Trampın sabiq prezidentliyə namizədlə bugünkü görüşü isə çoxları tərəfindən onunla ənənəvi Respublikaçı liderlər arasında barışıq istiqamətində addım kimi qiymətləndirirlir.

2012-ci ildə respublikaçıların prezidentliyə namizədi olmuş Romni Barak Obamaya məğlub olmuşdu. Trampın sabiq prezidentliyə namizədlə bugünkü görüşü isə çoxları tərəfindən onunla ənənəvi Respublikaçı liderlər arasında barışıq istiqamətində addım kimi qiymətləndirirlir.

Ötən mart ayında çıxışı zamanı Romni Trampı sərt tənqid edərək onu "cığal" və "saxta" adlandırmışdı. Tramp isə ona cavabında Romninin ona "it kimi yalvardığını" bildirmiş və onu "luzer", "məğlub" adlandırmışdı.

Tərəflar arasında münasibətdə buzlar Mitt təbrik etmək üçün Donald Trampa zəng edəndən sonra əriməyə başlayıb.

Tramp dövlət katibliyi üçün bir neçə şəxsi nəzərdən keçirir. Onlar arasında sabiq Nyu-York meri Rudi Culiani, ABŞ-ın BMT-dəki sabiq səfiri Con Bolton, senator Bob Korker və Cənubi Karolina qubernatoru Nikki Heyli də var.

Bu sırada ilkin olaraq Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriçin də adı hallansa da, iki gün öncə o, kənar məsləhətçi qismində çıxış etmək qərarına gəlib.

Show comments

XS
SM
MD
LG