Accessibility links

Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının prioritet olmadığı elan edildikdən bir neçə gün sonra Ağ Ev müharibənin dağıtdığı ölkədə hərbi əməliyyatlar keçirəcəyinə işarə edib. Amerikanın Səsinin müxbiri Bill Qallo siyasətdə mümkün dəyişikliyin Suriyanın şimalında onlarla insanın ölümünə səbəb olan şübhəli kimyəvi silah hücumundan sonra ola bildiyini deyir.

Təcili yardım işçiləri ağrıdan qovrulan Suriya uşaqlarına yardım etməyə çalışır. Görüntülər Birləşmiş Ştatlar prezidenti Donald Tramp da olamqla, bütün dünyanı hiddətləndirib. “Uşaqlara edilən hücum məni çox mütəəssir etdi, çox. Bu dəhşətdir, dəhşət” deyə, cənab Tramp bildirib.

Mümkündür ki, mənim həm Əsəd, həm də Suriyaya qarşı fikirlərim dəyişsin

İordaniya kralı Abdilla ilə birlikdə etdiyi çıxışı zamanı o, Suriyada baş verən dəhşətlərin onun bu ölkə ilə bağlı fikirlərini dəyişdiyini deyib. “Mümkündür ki, mənim həm Əsəd, həm də Suriyaya qarşı fikirlərim dəyişsin. Mən sizə deyim ki, bu artıq baş verib".

Lakin bunun nə demık olduğu aydın deyil. Tramp Suriya prezidenti Bəşar Əl-Əsədin devrilməsi ilə bağlı 6 il davam edən mübarizədə iştirak etmək istəmirdi. Elə keçən həftə Tramp administrasiyası rəsmiləri Bəşar Əl-Əsədi devirməyin Birləşmiş Ştatların prioriteti olmadığlnı bəyan etdi. Lakin BMT-Təhlükəsizlik Şurasının fövqəladə yığıncağında bu ton artıq dəyişmişdi.

Birləşmiş Ştatların BMT-dəki səfiri Niki Hali hücum zamanı ölən Suriya uşaqlarının şəkillərini nümayiş ertdirəndə, Birləşmiş Ştatların özbaşına hərəkət edə biləcəyinə işarə etdi. “Əgər BMT kollektiv şəkildə hərəkət etmirsə, biz özümüz hərəkət etmək məcburiyyətində qalırıq.”

Lakin Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq zabiti Sem Vayman deyir ki, Rusiya müttəfiqi Suriyanı müdafiə etsə, bu, Trampın imkanlarını məhdudlaşdlra bilər və situasiya dəyişməz qalar. “Suriyada vəziyyətin dəyişməsi üçün ya İŞİD getməli, da ya Əsəd, ya üsyançılar çəkilməsi, ya da ruslar oradan çıxmalıdırlar. Ya da ki, biz çıxmalıyıq. Yəni dəyişiklik olmalıdır. Hazırda durğunluqdur.”

Prezident Trampa gəldikdə isə, o, özünün qərarları barədə mətbuata məlumat verməmək qərarına gəlib. Çərşənbə günü ona hücum barədə sual veriləndə o, "görəcəksiniz" dedi.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG