Accessibility links

Donald Tramp dünya liderləri ilə telefon müzakirələrini davam etdirir


Donald Tramp bu gün İtaliyanın baş naziri Paolo Qentiloni və Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbəti aparacaq.

İtaliyanın baş naziri ilə telefon müzakirəsi Avropa İttifaqının Malta sammitindən bir gün sonraya təsadüf edir. Görüş zamanı liderlər blokun gələcəyini müzakirə edib.

Qentiloni və digər Avropa liderləri Trans-Atlantik alyansın qüdrətini şübhə altına alan Trampa qarşı dik duracaqlarına vəd verib.

Sammit iştirakçıları qurumun liderlərinin mart ayında İtaliyada keçiriləcək görüş zamanı Aİ-nin gələcəyi ilə bəyannamədə yer alacaq ideyaları müzakirə edib.

Paolo Qentiloni
Paolo Qentiloni

Həmin görüş Roma sazişinin 60-cı ildönümü münasibəti ilə keçiriləcək. Saziş daha sonra Avropa İttifaqına yol açan Avropa İqtisadi İcmasının təsisini mümkün etmişdi.

Qentiloni deyib ki, Tramp administrasiyasının daxili məsələlərlə məşğul olması Avropa İttifaqına dünya ölkələri ilə ticarət əlaqələrini genişləndirməsinə yaxşı bir fürsər olardı.

Ukrayna böhranı

Tramp inaqurasiyasından sonra ilk dəfə telefonla danışacağı Petro Poroşenko ilə Ukraynanın qərqindəki müharibə zonasında son günlər zorakılıqların artmasını müzakirə edəcək.

Ötən həftə Ukrayna qüvvələri və Rusiyayönümlü döyüşçülər arasında döyüşlər nəticəsində onlarla insan həlak olub.

Poroşenko zorakılıların vüsət almasına görə Qərbin Rusiyaya qarşı sanksiyalarının davam etdirilməli olduğunu deyir.

Petro Poroşenko
Petro Poroşenko

Trampın Rusiya ilə münasibətləri normallaşdırmaq vədləri sanksiyaların yüngülləşdiriləcəyinə dair narahatlıqlara səbəb olub.

ABŞ-ın BMT-dəki səfiri Nikki Hali Rusiyanın Ukraynadakı təcavüzünü tənqid edərək, sanksiyaların qüvvədə qalacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG