Accessibility links

Tramp: İlk günümdə ABŞ Sakit Okean Ticarət Sazişindən çıxacaq


ABŞ-ın nöbvəti prezidenti seçilmiş Donald Trampın sözlərinə görə, səlahiyyətlərinin icrasına başladığı ilk gün o, ABŞ-ın Trans-Sakit Tərəfdaşlıq (TPP) təşkilatından çıxmasına dair rəsmi xəbərdarlqı göndərəcək.

Dünən YouTube səhifəsinə yüklənən videoda Tramp TPP-ni ABŞ üçün "potensial fəlakət" adlandırıb.

"Bunun əvəzində biz iş yerlərini və sənayeni Amerika sahillərinə geri qaytarmaq üçün ikitərəfli ədalətli ticari əlaqələrə dair danışıqlar aparcağıq".

2016-cı ilin fevralında TPP ölkələrinin nazirləri razılıq imzalamaqla məqsədlərinin "rifah halının yaxşılaşması, iş yerlərinin açılması və bütün dövlətlər üçün davamlı iqtisadi artımın önə çəkilməsi" olduğunu bildiriblər.

Yaponiyanın baş naziri Şinzo Abe bu gün jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın iştirakı olmasa razılıq faktiki məhv olacaq.

Prezident Barak Obama paktı dəstəkləsə də, Konqres ABŞ-ın razılığa rəsmən qoşulmasına üçün heç zaman lazimi ratifikasiyanı etməyib.

ABŞ-ın iştirak olmasa, TPP qüvvəyə minə bilməz. Buna səbəb paktın nizamnaməsində razılığın 12 dövlətin hər biri tərəfindən təsdiq olunmadan qüvvəyə minməyəcəyi deyilməsidir. İstisna isə ondan ibarətdir ki, pakt ən azı qrupun ümumdaxili məhsuluna sahib ölkələrin 85 faizi tərəfindən təsdiq edilməlidir. ABŞ isə burada 60 faizdən çox ÜMD-ə məxsusdur.

XS
SM
MD
LG