Accessibility links

Tramp hökumətinin dövlət katibi kim olacaq?


ABŞ-da prezident seçilmiş Donald Tramp öz administrasiyasının müəyyən olunması üzərində iş aparır. Vəziyyətlə yaxından tanış olan mənbənin verdiyi məlumata görə, Nyu-York şəhərinin sabiq meri Rudi Culiani növbəti dövlət katibi olmağa ən öndə gedən namizəddir.

Culianinin federal dövlət ittihamçısı kimi böyük təcrübəsi olsa da, onun xarici siyasətdə o qədər də təcrübəli olmadığı bildirilir. Bu vəzifədə olan şəxslər adətən güclü xarici siyasət təcrübəsinə malik olur.

Ancaq Culiani ilk gündən Tramp kampaniyasının dəstəkləyicisi olub və onlar bir-birini uzun müddətdir tanıyır.

Dövlət katibliyinə digər namizədin isə ABŞ-ın BMT-dəki sabiq səfiri Con Bolton olduğu bildirilir.

Tramp artıq Respublikaçılar Partiyasının rəhbəri Reins Pribusu Kadrlar Şöbəsinin rəhbəri təyin edib. Bu vəzifədə olan şəxs adətən prezidentin gündəminin müəyyən olunmasından məsuldur.

Ancaq onun Stefen Bannonu baş strateqi müəyyən etməsi hüquq müdafiə qrupları ilə yanaşı, həm demokratlar, həm də bəzi respublikaçıların sərt tənqidləri ilə üzləşib.

XS
SM
MD
LG