Accessibility links

Donald Tramp Tvitterdə "Qadın yürüşü" ilə bağlı fikirlərini yazıb


Birləşmiş Ştatlar prezidenti Donald Tramp bir gün əvvəl onun administrasiyasına qarşı ölkənin müxtəlif şəhərlərində yürüşə çıxan yüz minlərlə insanı lağa qoyub.

"Dünən etirazları izlədim, amma məndə belə bir təəsürat yaranır ki, sanki biz indi seçki keçirmişik. Bu insanlar nə üçün səs verməyib? Məşhurların işə mənfi təsir göstərir" Tramp növbəti dörd il müddətinə iqamətgahı olan Ağ Evdən öz Twitter səhifəsində yazıb.

Feminist hərəkatının tanınmış liderlərindən biri olan Qloriya Stinem, pop ulduz Madonna, aktrisa Skarlet Cohanson və digər məşhurlar 45-ci prezidentin inaqurasiyasına qarşı şənbə günü Vaşinqton şəhərində keçirilmiş "Qadın yürüşü"nün önündə olublar.

İki saat sonra isə Tramp Twitter səhifəsində bunları yazıb: "Dinc etirazlar bizim demokratiyanı fərqləndirən cəhətlərdəndir. Mən razı olmasam belə, insanların fikirlərini azad ifadə etmək hüququ var".

Tramp eləcə də onun inaqurasiyasını izləyən insanlarınm sayı ilə də öyünüb. "Televiziya reytinqi 31 milyon olub. Bu isə 4 il əvvəlki inaqurasiyadan 11 milyon çoxdur" deyə, cənab Tramp bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG