Accessibility links

Tramp 25 milyon dollar ödəməyə razılaşıb


Nyu-Yorkun baş prokuroru bildirib ki, ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Tramp keçmiş Tramp Universitetində saxtakarlıq ittihamlarına dair prosesi qapatmaq üçün 25 milyon dollar ödəməyə razılaşıb.

Myu-Yorkun baş prokuroru Erik Şnaydermanın sözlərinə görə, razılıq onun Nyu-Yorkda daşınmaz əmlak yatırımı öyrədən məktəbə qarşı açdığı mülki işi və eləcə də Kaliforniyada iki kütləvi məhkəmə prosesini əhatə edəcək.

Məhkəmə işi iddia edir ki, Tramp Universiteti Trampın daşınmaz əmlak investisiyası metodlarını "fərdi seçilmiş instruktorlardan öyrənmək" üçün hərəyə 35 min dollar ödəyən tələbələri yalnış istiqamət verib.

Məhkəmə işi iddia edir ki, Tramp Universiteti Trampın daşınmaz əmlak investisiyası metodlarını "fərdi seçilmiş instruktorlardan öyrənmək" üçün hərəyə 35 min dollar ödəyən tələbələri yalnış istiqamət verib. İttihamnamədə deyilir ki, Tramp instruktorların seçilməsində iştirak etməyb və məktəb özünü hətta akkreditasiyadan keçməmişdən öncə belə universitet adlandırıb.

İşə cümə günü baxılacağı gözlənilir

Tramp o zamandan bəri bağlanan universitetdə heç zaman qanunsuz fəaliyyətlər aparılmadığını bildirib. Razılığa əsasən Tramp hər hansı qanunsuz hərəkət etdiyini etiraf etmək məcburiyyətində deyil.

Federal hakimin cümə günü Kaliforniyada iki işə dair müzakirələr keçirməyi planlaşdırırdı. Müzakirələr arasında Trampın inaqurasiyaya ilə bağlı prosesin yanvarın 20-dək təxirə salınmasına dair vəsatət qaldırması yer alacaq. Trampın vəkili bildirib ki, Trampın Ağ Evin administrasiyası üçün hazırlıqları çix mühüm və vaxt alan prosesdir.

Tramp daha əvvəl razılığa getməyəcəyini açıqlamışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG