Accessibility links

ABŞ prezidenti Donald Trampın qaçqınların ölkəyə buraxılmasını dayandırmaq və altı ölkədən insanların Birləşmiş Ştatlara daxil olmasına qadağa daxil olan yeni sərəncam imzalayacağı gözlənilir.

Bu, yanvar ayında insanların İraq, İran, Suriya, Liviya, Yəmən, Somali və Sudandan Amerikaya gəlməsinə qadağa qoyan əmrin yenilənmiş versiyasıdır.

Rəsmilər deyib ki, yeni sərəncamda İraq siyahıdan çıxarılacaq. Lakin digər ölkələrə tətbiq edilmiş müvəqqəti qadağa qüvvədə qalacaq.

Prezident Tramp deyib ki, bu akt yoxlama prosesinin nəzərdən keçirilməsi və milli təhlükəsizliyi qorumaq məqsədi üçün vacib idi.

Rəsmilər deyib ki, yeni sərəncamda İraq siyahıdan çıxarılacaq. Lakin digər ölkələrə tətbiq edilmiş müvəqqəti qadağa qüvvədə qalacaq.

Federal Appelyasiya Məhkəməsi ilkin sərəncamın həyata keçirilməsinə icazə verməyib. Bir neçə ştatdan qaynaqlanan hüquqi problemləri sonda ABŞ Ali Məhkəməsi ünvanlaya bilər.

Qaçqınların girişinə müvəqqəti qadağa da yeni sərəncamda yer alacaq. Lakin bu dəfə suriyalı qaçqınlara artıq müddətsiz qadağa tətbiq edilməyəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG