Accessibility links

Rejissor Maykl Mur Donald Tramp haqda sənədli film çəkir


Oskar qalibi Maykl Mur Trampın prezident olduqdan sonrakı günlərdən bəhs edən Farenheit 11/9 adlı filminin hüquqlarını başqasına satıb.

Mur bəyanatla çıxış edərək bildirib ki, Donald Trampa qarşı istifadə edilən fəndlərin heç biri alınmırdı. Onun barəsində nə qədər hadisələr ifşa edildiyinə baxmayaraq, Tramp yerində möhkəm dayanır. Faktlar, reallıq və byinlər onu məğlub edə bilmir. Hətta o, öz əleyhinə olan ifadələr işlətdikdən sonra belə səhəri gün ayağa qalxır və yenidən davam edir, tviter yazır.

Ardınca isə müəllif… “Bütün bunlar bu filmlə sona çatır” – deyib.

Maykl aylardır gizlicə bu film üzərində çalışıb və filmin olduqca maraqlı olacağından əmindir.

Dünya boyu hüquqlara malik olan Weinsteins film studiosu bu filmi “Farenheit 9/11” filminin Palme d`Or mükafatına layiq görüldüyü Kann film festivalında satacaq.

Deyilənə görə, onun yeni filmi hazırda hər yerdə danışılan mövzulardan tam fərqli bir süjetə məxsusdur.

Gəzləyək görək film həqiətən də orijinaldır ya yox.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG