Accessibility links

"Həqiqət" filmində jurnalistlər daha məsuliyyətli olmağa çağırılır [Video]


"Həqiqət" filmi
please wait
Embed

No media source currently available

0:00 0:03:03 0:00

2004-cü ildə, Corc W. Buş yenidən prezident seçilməzdən bir neçə ay əvvəl CBS tele-kanalı 1970-ci illərdə onun hərbi qulluqdan yayınması ilə bağlı reportaj hazırlamışdı. Lakin sonradan təqdim olunan sənədlərin saxta olduğu deyilərək, bir neçə müxbirin və prodüserin işini itirməsinə səbəb olmuşdu. “Truth” – “Həqiqət” adlı filmdə jurnalistlər daha məsuliyyətli olmağa və hadisələri daha dəqiq canlandırmağa çağırılır.

CBS kanalının aparıcısı Den Rader və onun uzun illər prodüseri, yüksək mükafata layıq görülmüş Meri Meyps ikinci dönəm prezidentliyə hazırlaşan Corc W. Buşun ailəsi və siyasi əlaqələrindən istifadə edərək, Vyetnam müharibəsindən yayınmaq üçün Milli Qvardiyada qulluq etdiyini göstərməyə çalışıb. İstifadə olunan sənədlərdə eləcə də onun pilot vəzifəsini yerinə yetirmədiyini göstərib.

Meyps və onun komandası sənədlərin həqiqiliyini bir neçə mənbə vasitəsilə təsdiq edir və əllərində tam məlumat olduğunu düşünərək, reportajı sentyabrın 8-i, prezident seçkilərinə iki ay qalmış Den Reyter səsləndirir.

Lakin təbriklər uzun sürmədi. Mühafizəkar blogerlər sənədlərin saxta olduğunu, 70-ci illərdə olduğu kimi çap deyil, kompyuter rekriasiyaları olduğunu deyir. Komandası Meypsdən sənədlərin mənbələrinin haradan olduğunu soruşanda, o cavab verə bilmir. CBS aparıcısı Den Rader istefa verməyə məcbur olur, Meri Meypslə bağlı isə araşdırmalara başlanılır.

Film reportaja görə məsuliyyət daşıyan CBS kanalının prodüseri Meri Meypsin “Həqiqət və borc” adlı memuarları əsasında çəkilib. Filmdə siyasi maraqlara görə özünü qorumağa çalışan şəbəkənin prodüserinin avtobusun altına atmağa belə atılmağa hazır olduğunu görmək olur.

Filmin maraqlı ssenarisi var, tanınımış aktyor Roberd Redford Den Rader, aktrisa Keyt Blanşet isə prodüser Meri Meyps rollarını ifa edirlər.

Rejissor Ceyms Vanderbilt filmində tamaşaçıya hadisələri addım-addım, balanslaşdırılmış şəkildə çatdırmağa çalışıb. “Bizim hekayə prezidentin borcunu yerinə yetirib-yetirməməsi haqdadır. Heç kim bu haqda danışmaq istəmir. Onlar yalnız saxtakarlıq və şriflər haqda danışmaq və Allahdan bu mübarizədə həqiqətin gizlədilməsini istəyirlər”- deyə Meri Meyps bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG