Accessibility links

Tsarnayev necə qatil oldu?


Boston marafonunda bomba hücumu həyata keçirən Tamerlar Tsarnayev bir il əvvəl vətəni Dağıstanda idi. Rusiyanın 83 regionundan biri olan bu respublika siyasi və dini zorakılıqların yüksək olduğu bir bölgədir.

Boston hadisəsi dünyanı dolaşmış, Dağıstanda rezonans yaratmışdı. Ötən il hücumda günahlandırılan Tamerlan 6 ay Dağıstanda vaxt keçirmişdi. Vaxtının çox hissəsini paytaxt Mahankalada keçirən Tamerlan atasının mənzilində yaşayırdı.

O, yerli məscidi ziyarət edirdi. Lakin Həsən Mahomedoviç onu xatırlamır. Yerli məscidin imamı şəriət qanunlarının tətəbiqinin tərəfdarı, lakin zorakılığın əleyhinə olduğunu bildirir. "Bizim məsciddə ekstremistlər, ekstremist baxışlı insanlar yoxdur. Burada savadlı, ağıllı müsəlmanlar toplaşır.”

Məscid üzvlərindən biri Tsarnayevin Amerikanın təhlükəsizlik xidməti tərəfindən tələyə salındığını düşünür. Bu fikir Tsarnayevin anası Zübeydət tərəfindən yayılıb. Zübeydət daha sonra oğlunun Dağıstandakı qohumu, islamçı Ədalət Birliyi qrupunun rəhbəri Maqomed Kartaşovun təsirinə məruz qaldığını bildirmişdi.

Amerikanın səsi birliyinin liderlərindən biri-Rasim İbadanovla söhbət aparıb. O, Tamerlanı zarafatcıl bir insan kimi xatırlayır. “Eşidəndə ki, bu, Tamerlanın işidir şok keçirdik.”

İbadanovun dediyinə görə, onun qrupu zorakılıqlar deyil, şəriəti təbliğ edir.
“Bəli, biz şərittin tətbiq olunduğu bir cəmiyyətdə yaşamaq istəyirik. Lakin biz qeyri-sabitlik və ya hökumətin devrilməsinə çağırmırıq.”

Həbsxana xəstəxanasında olan Kartaşovla danışmaq mümkün olmayıb.Onun vəkili müvəkkilinin polis tərəfindən aldığı zədələrdən müalicə edildiyini bildirib.
“Onu ekstremist kimi qələmə verməklə nüfuzdan salmağa çalışırlar. Bu, onun Tamerlan Tsarnayevi radikallaşdırdığını göstərmək üçün edilir.”
Ekstremistlərin hücumları, əks-terror əməliyyatları Dağıstan üçün həftəlik hadisələrdir.

Mahaçkalaya yolunda Çirki yerləşir. Bura ötən avqust ayında müsəlman liderlərə qarşı bomba hücumuna səhnə olmuşdu. Kamikadze hücumu 6 nəfərin ölümünə səbəb olmuşdu.

Daha aşağıda polis işçisi və bir mülki vətəndaşın öldürüldüyü Buynaks yerləşir. Hadisədən əvvəl tərhlükəsizlik qüvvələri ekstremistlərin evini partlatmışdı.

Təhlilçilərin fikrincə, Tsarnayev Bostondan Dağıstana internettin formalaşdırdığı radikal baxışlarla getmişdi. Dağıstanda isə o, dini və siyasi mübahisələrin bombalarla həll edildiyinin şahidi olmuşdu.
XS
SM
MD
LG