Accessibility links

Cövhər Tsarnayevin məhkəməsi davam edir


Vəkil Cövhərin hücumda iştirak etdiyini etiraf etsə də, onun ölüm cəzasına məhkum edilməməsinə çalışır

Boston marafonunun bomba hücumunda şübhəli bilinən Cövhər Tsarnayevin məhkəmə prosesi bu gün Bostonun federal məhkəməsində davam edir.

Tsarnayevin vəkili Cudi Klark çərşənbə günü məhkəmə münsifinə açılış çıxışında 21-yaşlı Tsarnayevin 2013-cü ildə ölümlə nəticələnən hücumda iştirak etdiyini etiraf edib.

Lakin o, Cövhərin böyük qardaşı Tamerlanın Cövhərə hücumun həyata keçirilməsində böyük təsir göstərdiyini iddia edib. Prokuror hücumun ABŞ-ın müsəlman ölkələrində apardığı müharibələrin qisasın almağa yönəldiyini bildirib.

Klark Cövhərin böyük qardaşını təqsirləndirərək, münsiflər heyətinin Tsarnayevi ölüm cəzasına məhkum etməməsinə razı salacağına ümid edir.

Polisdən qaçmağa cəhd edən Cövhər Tsarnayev maşınla qardaşının üzərindən keçərək onu öldürüb.

Tsarnayev bomba hücumundan bir neçə gün sonra Massaçusets Texnologiya İnstitutunun polis zabitinin öldürülməsi daxil olmaqla, ona qarşı irəli sürülən 30 ittihama etiraz edib və günahsız olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG